Azərbaycanda heyvan kəsimi müəssisələrinin sanitar-gigiyenik durumu monitorinq olunacaq

Bakı. 12 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən heyvan kəsimi müəssisələrinin sanitar-gigiyenik durumu monitorinq olunacaq". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 

Onun sözlərinə görə, bununla bağlı müvafiq tapşırıqlar verilib: "Heyvan kəsimi məntəqələrinin sayı müəyyənləşdiriləcək və vəziyyəti öyrəniləcək".

Q.Təhməzli vurğulayıb ki, heyvan kəsiminin mərkəzləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Digər xəbərlər