Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində apardığı monitorinqlər zamanı Bakı şəhərində və Tovuz rayonunda bir sıra nöqsanlar aşkarlayıb.
AQTA-dan "Report"a verilən məlumata görə, aşkarlanan uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
| Bakı şəhəri üzrə | |||
| | Fətəliyev İbrət Əli oğlu | Suraxanı rayonu, Hövsan qəsəbəsi | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| | Əmirov Rəşad Natiq oğlu | Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi | İnzibati protokol tərtib edilib |
| | Ələsgərov Poladxan | Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 | İnzibati protokol tərtib edilib |
| | Gözəlli Xanbala | Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| | Allahverdiyev Elman İmran oğlu | Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| | Mustafayev Mürsəl Zeybula oğlu | Yasamal rayonu, X.Mustafayev küçəsi 80 | İnzibati protokol tərtib edilib |
| | Rəsulov Ceyhun | Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 77A | İnzibati protokol tərtib edilib |
| | Bağırov Mahir Əziz oğlu | Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19 | İnzibati protokol tərtib edilib |
| | Əliyev Vaqif Musa oğlu | Yasamal rayonu, Mirəli Seyidov küçəsi 127-135 | İnzibati protokol tərtib edilib |
| Tovuz rayonu üzrə | |||
| | Əhmədov Ərəstun Abuzər oğlu | Tovuz rayonu, Qovlar şəhəri | İnzibati protokol tərtib edilmişdir |