“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, bu gün 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | Hüseynov Cavid Yusif oğlu | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 2 | Rüstəmov Aydın Hüsən oğlu | İlkin istehsal | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir |
| 3 | Xanlarov Ziyad Hacı oğlu | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 4 | Quliyev Toğrul Rasim oğlu | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.