Rusiya XİN: Qazaxıstandakı səfirliyimiz təyyarə qəzası ilə bağlı müvafiq qurumlarla əlaqədədir

Rusiyanın Qazaxıstandakı səfirliyi Aktaudakı təyyarə qəzası ilə bağlı yerli hakimiyyətlə əlaqədədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

"Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47