Moskva Bakını ölkələr arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır.
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, dövlətlər arasındakı bütün problemli məsələlər diplomatik yolla həll edilə bilər.
"Ümid edirik ki, ikitərəfli münasibətləri pozmaq istəyənlər növbəti təxribatçı addımlardan çəkinəcəklər. Bu addımlar artıq az olmayıb. Qeyd etmək lazımdır ki, bu addımlar dövlətlərarası münasibətlərə ciddi zərər vurur", - deyə o bildirib.