Bakı. 1 fevral. REPORT.AZ/ Yerevanın mərkəzində, Arşakyunts prospekti yaxınlığında yerləşən binada yanğın olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın bir saat ərzində söndürülüb.
Yanğın nəticəsində xəsarət alan və dəyən ziyan barədə məlumat verilməyib.