Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Ermənistanda hökumət binasının qarşısında yükdaşıma şirkətinin nümayəndələri etiraz aksiyası keçiriblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar maliyyə naziri Atom Cancuqazyanla görüş tələb ediblər.
Aksiya iştirakçıları 2018-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsini müzakirə etmək istədiklərini bildiriblər: “Biz vergi ödəməkdən boyun qaçırmırıq. Ancaq bizə qanun hazırlayan adamlar lazımdır. Əgər belə davam edərsə, yükdaşıma şirkəti bağlanacaq. 5 minə yaxın insan işsiz qalacaq. Onlar ölkəni tərk etməyə məcbur olacaqlar”.