Yakutiyada baş verən yanğında 5 nəfər ölüb

Rusiyanın şərqindəki Yakutiyanın Oktemtsı kəndində baş verən yanğında ikisi uşaq olmaqla 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 11-də səhər tezdən yanğınsöndürmə və xilasetmə xidmətinə Xanqalasski rayonunun Oktemtsı kəndində, Xanqalasskaya küçəsində fərdi evdə yanğın baş verməsi barədə zəng daxil olub.

"Yanğın ümumi sahəsi 127 kv.m olan evə və qaraja ziyan vurub. Hadisə yerində ikisi uşaq olmaqla, beş meyit tapılıb. Hadisənin səbəbi və dəyən ziyan Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqi tərəfindən müəyyən ediləcək", - məlumatda deyilib.

Digər xəbərlər