Xamenei: İran və Rusiya ABŞ-ın qarşısının alınması məsələsində əməkdaşlıq edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərini "Fars" agentliyi sitat gətirib.

"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu [əməkdaşlıq] – onun qarşısının alınması üçün düşən imkanlardan biridir", - deyə Xamenei bildirib.

V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Xəbər lenti

İstanbulda meşə yanır 28 iyul, 2025 / 23:45