Yaxın vaxtlarda Ukrayna və Rusiya arasında "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi həyata keçirilə bilər.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umеrov bildirib.
"Biz tarixi bilirik, lakin onu hələ açıqlamayacağıq", - müdafiə naziri deyib.
Onun sözlərinə görə, əvvəlcə tərəflər əsir mübadiləsi həyata keçirməyi planlaşdırır, bundan sonra növbəti mərhələnin nə olacağı bilinəcək.