Ukrayna heyəti ABŞ-yə yollanıb, Rusiyaya qarşı sanksiyalar müzakirə ediləcək

Baş nazir Yuliya Sviridenkonun başçılığı ilə Ukrayna nümayəndə heyəti ABŞ-yə yollanıb.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.

"Baş nazir Yuliya Sviridenkonun rəhbərliyi ilə nümayəndə heyətimiz Vaşinqtona yollanır. Həftə dolğun olacaq, qarşıda çox iş var", - o qeyd edib.

A.Yermakın sözlərinə görə, gündəlikdə Ukraynanın hava hücumundan müdafiə sisteminin və zərbə imkanlarının gücləndirilməsi, ölkənin enerji dayanıqlığının möhkəmləndirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyalar var.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24