Pakistanın Baş naziri Putin və Ərdoğanın söhbətinə qoşulub - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında uzanan danışıqlar səbəbindən təxminən 40 dəqiqə gözləyən Pakistanın Baş naziri Şahbaz Şərif dövlət başçılarının söhbətinə qoşulub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Vladimir Putin və Türkiyə Prezidenti məhdud tərkibdə ünsiyyətlərini davam etdiriblər.

Bundan əlavə bildirilib ki, Rusiya nümayəndə heyəti əvvəlcə türkiyəli həmkarları ilə geniş tərkibdə ünsiyyəti başa çatdırdıqdan sonra Pakistan tərəfi ilə görüşə gəlib.

Aşqabadda (Türkmənistanda) Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən məlumat verib.

Görüş Sülh və Etimad Beynəlxalq Forumu çərçivəsində keçirilir.

Məlumata görə, görüşün açıq protokol hissəsində prezidentlərin ənənəvi replikaları olmayıb.

Digər xəbərlər