Türkiyəyə qanunsuz yolla gətirilən 1 000 illik Tövrat kitabları müsadirə olunub

Türkiyənin Mardin əyalətinin Qızıltəpə rayonunda polis tərəfindən keçirilən tədbirlər zamanı tarixi əsərlərin ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyənləşdirilib.

Bu barədə “Report” DHA-ya istinadən xəbər verir.

Məlumata görə, əməliyyat zamanı müxtəlif heyvan dəriləri üzərində qızılla işlənmiş 1 000 illik 5 Tövrat ələ keçirilib.

Hadisə ilə bağlı 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Polis ələ keçirilən dini kitabların ölkəyə necə gətirilməsini araşdırmağa başlayıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24