Türkiyənin xarici işlər naziri Qazaxıstana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleunun dəvəti ilə sentyabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.

“Report” bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər zamanı regional və beynəlxalq vəziyyət, o cümlədən Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin müzakirə olunacağı vurğulanır.

Bu, H.Fidanın Türkiyənin xarici işlər naziri kimi Qazaxıstana ilk səfəri olacaq.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49