​Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandiri həbs olunub

Bakı. 17 iyul. REPORT. AZ/ Türkiyənin Hərbi Hava Qüvvələrinin sabiq komandiri Akın Öztürk Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, o, polis idarəsinin Terrorla Mücadilə Şöbəsində dindirilib.

Türkiyənin Hərbi Hava Qüvvələrinin sabiq komandiri dövlət çevrilişinə cəhddə ittiham edilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24