Türkiyənin Baş Qərargah rəisi və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyada səfərdədir

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hülusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan Rusiyada səfərdədr.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, H.Akar və H.Fidan Rusiya rəsmiləri, o cümlədən bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gersimovla görüşəcək.

Görüşlərdə bölgədəki vəziyyət, o cümlədən Suriyada təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49