Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 61 nəfər saxlanılıb

Türkiyənin altı vilayətində dələduzluq və sələmçiliklə məşğul olan 9 ayrı mütəşəkkil cinayətkar dəstəyə qarşı son 2 həftə ərzində aparılan əməliyyatlarla 61 şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

Nazir bildirib ki, əməliyyatlar nəticəsində 45 nəfər həbs olunub, 15 şəxs isə məhkəmə nəzarətinə götürülüb.

Digər xəbərlər

Tokayev Sankt-Peterburqa gedəcək 20 dekabr, 2025 / 15:03