Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.
Bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.
Qeyd olunub ki, artıq təyyarənin qalıqları aşkar edilib.
Haymana meri Levent Koç bildirib: "Axtarış aparılacaq ərazilər kəndlərin yerləşdiyi bölgələrdir. 6-7 kəndin olduğu yerdir. Piyada gedilə bilən bir yer deyil. Hazırda əlverişsiz hava şəraiti hökm sürür, r. Çoxlu yağış və duman var".
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da Ankara hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan Falcon 50 təyyarəsinin qalıqlarının aşkarlandığını təsdiqləyib.
O, "X" hesabında yazıb: "Ankaradakı Esenboğa hava limanından Tripoliyə gedən təyyarənin qalıqları jandarma bölmələrimiz tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda aşkar edilib".
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə ilə bağlı açıqlama verib.
Bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.
"Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.
Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.
Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.
Qeyd edilib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.
Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
"HaberGlobal" hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.