Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub

Türkiyənin Kayseri vilayətində kütləvi zəhərlənmə baş verib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, yerli fabriklərin birində axşam yeməyi yeyən 30 işçinin vəziyyəti qəfildən psiləşib.

Xəstəxanaya aparılan işçilərə zəhərlənmə diaqnozu qoyulub. Onların yedikləri plovdan zəhərləndiyi ehtimal olunur.

Məlumata görə, işçilərin vəziyyətləri stabildir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər