Türkiyədə daş kömür mədənindəki partlayışda ölənlərin sayı 3-ə çatıb - Yenilənib

Türkiyənin Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömür mədənində metan qazının yığılması nəticəsində baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.

Türkiyənin Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömür mədənində baş vermiş partlayış nəticəsində iki fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Digər xəbərlər