İrəvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtobus aşıb.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, qəzada 11 xarici vətəndaş xəsarət alıb.
Bildirilib ki, nəqliyyat vasitəsinin sürücüsü alkoqol yoxlanışından keçirilib, o, ayıq olub.