Bakı. 15 may. REPORT.AZ/ İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, mayın 14-ə Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.
Türkiyə XİN-nin rəsmiləri İsrail səfirinə Ankaranı tərk edərək ölkəsinə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.