Fidanın Mirzoyanla müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Türkiyə xarici işlər naziri Hakan Fidanın IV Antalya Diplomatiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla müzakirə etdiyi məsələlər açıqlanıb. 

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, nazirlər ikitərəfli münasibətlərdə gündəmdə olan məsələlər barədə danışıblar. 

Onlar, həmçinin regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparıblar.

20:52

Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlərin hansı məsələləri müzakirə etdikləri açıqlanmır.

Qeyd edək ki, onlar sonuncu dəfə 2024-cü ilin oktyabrında İstanbulda görüşüblər.

Xəbər lenti