Bakı. 14 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyada terrorçu PKK/YPG-PYD qruplaşmasına yardım aparan Bəşşar Əsədə yaxın qüvvələrin karvanını vurub.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, hadisə ölkənin Afrin bölgəsi yaxınlığında olub.
Nəticədə 8 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, Bəşşar Əsədə yaxın silahlılar Afrin yaxınlığındakı Nubl Zahra kəndinə nəzarət edirlər.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində terrorçulara yardım edəcək istənilən dəstəni vuracağını bildirmişdi.