Humanitar yardımların Qəzzaya müntəzəm çatdırılması regionda atəşkəsin davamlı olması üçün şərtdir.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O bildirib ki, İsrailin Qəzzaya humanitar yardımı dayandırması qəbuledilməzdir: "Bu, beynəlxalq hüququn pozulmasıdır. Yaxın Şərqdə davamlı sabitlik yalnız fələstinlilərin ədalətsizliyə son qoyulması ilə mümkündür".
Qeyd edək ki, İsrail daha əvvəl Qəzzaya humanitar yardımların dayandırıldığını bildirib.