Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verən hökuməti istefaya göndərib.

"Report" Akordaya istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb.

Fərmana əsasən, yeni tərkib təsdiqlənənədək hökumət vəzifələrinin icrasını davam etdirəcək.

Qeyd edək ki, Qurultayın birinci iclası bu gün keçiriləcək.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40