Bakı. 5 dekabr. REPORT.AZ/ İran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsinin Gökay sərhəd taboruna yaxın Küçük Ağrı dağı mövqeyinin qarşı tərəfindən İran tərəfdə su ilə bağlı iş görən 3 mühəndis, 4 hərbçiyə hücum olub.
Hücum nəticəsində 2 hərbçi, 2 mühəndis yaralanıb. Yaralılar Türkiyəyə aparılıb və onlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, terrorçuların hücum etdikləri İran ərazisi Qərbi Azərbaycan əyalətinin Maku rayonuna aiddir.