Tbilisidə taxta materialların saxlandığı anbarlarda güclü yanğın olub

Tbilisi. 11 oktyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisinin Didiube rayonunda “Eliava” tikinti materialları bazarı yaxınlığında güclü yanğın olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səhər saatlarında Aqladze küçəsində baş vermiş yanğın taxta-şalban materiallarının saxlandığı anbarları əhatə edib.

Yanğının söndürülməsinə 17 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 800 kv. metr sahə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğın artıq lokallaşdırılıb. 

Digər xəbərlər