Tatarıstanın səhiyyə nazirinin müavininin meyiti mənzilində aşkar edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli sayılıb və bu səbəbdən ev dustaqlığında saxlanılırdı.

Y.Şışmaryovanın özünə qəsd etdiyi ehtimal olunur.

Digər xəbərlər