Tacikistanda dağlarda köməksiz qalan bir qrup rusiyalı turist helikopterlə təxliyə ediləcək

Tacikistan dağlarında köməksiz vəziyyətdə qalmış bir qrup rusiyalı turistin iyulun 24-də helikopterlə təxliyə edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb.

Tacikistanın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, beş rusiyalı turistdən ibarət qrup Turamis-1 aşırımından enərkən onlardan birinin yıxılaraq başından və ayağından xəsarət alması barədə məlumat daxil olub.

Hazırda qrup dəniz səviyyəsindən 4 200–4 300 metr yüksəklikdə yerləşən "Polyana Moskvina" turizm bazasındadır.

Digər xəbərlər