Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib

Tacikistan parlamenti Qırğızıstanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə TASS-a parlamentin aşağı palatasından məlumat verilib.

Bu saziş ölkələr arasında mübahisəli ərazilər barədə təxminən 23 il davam edən danışıqlardan sonra martın 13-də Bişkekdə Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir, o cümlədən mürəkkəb dağlıq relyefə malik ərazilərdən keçir.

Parlament üzvləri iclasda, həmçinin Qırğızıstan paytaxtında imzalanmış digər sənədləri də ratifikasiya ediblər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49