Sverdlovsk vilayət məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskinin həbs müddətinin uzadılması barədə vəkillərinin apellyasiya şikayətini rədd edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Daha əvvəl Yekaterinburqun Verx-İsetsk rayon məhkəməsi Şahin Şıxlınskının həbsini dekabrın 30-dək uzadıb.
O, RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin "j", "z" bəndləri, 30-cu maddəsinin 3-cü hissəsi (qətlə cəhdə görə) üzrə cinayət törətməkdə ittiham olunur.