​Suriyadan Türkiyə ərazisinə raket atılıb, 3 nəfər yaralanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriya ərazisindən atılan iki raketdən biri Türkiyənin Kilis bölgəsinin Yavuz Sultan Səlim məhəlləsi və Kartalbəyt adlı ibtidai məktəbin həyətinə düşməsi nəticəsində 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, raket düşən ərazilərə təcili tibbi yardım maşınları göndərilib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50