Sergey Şoyqu: "Bir sıra dövlətlər Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır"

Bakı. 26 iyul. REPORT.AZ/ "Bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

O deyib ki, Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edir. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49