Silah saxlamaqda və qəsbdə ittiham olunan Dağıstanın rayonlarından birinin keçmiş rəhbərinə hökm oxunub

Məhkəmə Dağıstanın Untsukul rayonunun keçmiş rəhbəri Şamil Maqomedovu silah saxlamaqda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağısatn məhkəmələrinin birləşmiş mətbuat xidmətindən bildirilib.

İş materiallarına görə, 2012-ci ilin iyun ayında təqsirləndirilən şəxs Mahaçqaladakı evində saxladığı odlu silahı qanunsuz əldə edib.

Həmçinin istintaqın məlumatına əsasən, o, 2011-ci ilin mart ayında Dərbənd rayon sakinindən xüsusiilə külli miqdarda pul tələb etmək məqsədi ilə “Qimrinskaya” mütəşəkkil cinayətkar qrupunun rəhbəri ilə cinayət əlaqəsinə girib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49