Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb

İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib.

Məlumata görə, manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrini təmsil edən xüsusi təyinatlı dəstə birgə hərəkətlərin işlənib hazırlanması və təşkilatın iştirakçı ölkələrinin hərbi qulluqçuları ilə təcrübə mübadiləsi də edəcək.

Digər xəbərlər