İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Əl-Əzraq və Küveytdəki Əli əs-Salim ABŞ bazalarına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Məlumata əsasən, İordaniyadakı aviabazada ABŞ Silahlı Qüvvələrinin rabitə sistemləri və yanacaq anbarları vurulub. Küveytdə isə "C-RAM" sisteminə aid radar stansiyaları zərbələrə məruz qalıb.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika ordusunun İranın komanda mərkəzlərinə və hava hücumundan müdafiə obyektlərinə, eləcə də Bəndər-Abbas liman şəhərinə zərbələr endirdiyini açıqlamışdı.