Samsunda avtobus aşıb, 9-u şagird olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərində avtobus aşıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, qəza nəticəsində 9-u şagird olmaqla, ümumilikdə 11 nəfər yaralanıb.

Qeyd olunub ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50