Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək

Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya səfərinin yeni tarixi 2026-cı ilin birinci yarısında müəyyənləşəcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi "İzvestiya"ya verdiyi müsahibədə bildirib.

"Biz bunun üzərində işləyirik. Ümid edirik ki, yeni tarixlər bu ilin birinci yarısında, təxminən aprel-iyun aylarında açıqlanacaq", - deyə o bildirib.

Səfirin sözlərinə görə, səfər zamanı Pakistanın Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa danışıqlar aparılacaq.

Digər xəbərlər

İranda işıq problemi olmayacaq 23 mart, 2026 / 04:12