Rusiyanın Xəzər dəniz donanması şərti düşmənin raket hücumunu dəf edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın Xəzər dəniz donanması və Cənub Hərbi Dairəsinin (CHD) RƏM vasitələri şərti düşmənin raket hücumunu uğurla dəf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

Bildirilir ki, təlimlərdə qanadlı raket hücumunu "Su-25" bombardımançı təyyarələri həyata keçirib.

Dəniz qrupunun tərkibində hərbi təlim tapşırıqlarını "Tatarıstan" və "Dağıstan" gəmiləri, "Həştərxan", "Uqliç" və "Mahaçqala" kiçik raket gəmiləri və "Volqodonsk" kiçik artilleriya gəmisi yerinə yetirib.

Digər xəbərlər