Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda 20 qanunsuz miqrant saxlanılıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, polis əməkdaşları qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.
Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 5 şübhəli saxlanılaraq həbs edilib.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.