Rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi İstanbula eniş edib

İsrailin Tel-Əviv şəhərinin Ben Qurion Hava Limanından havaya qalxan rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi təxminən 2 saatlıq uçuşdan sonra yerli vaxtla saat 18:11-də Türkiyənin İstanbul şəhərinin Hava Limanına eniş edib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Eyni zamanda qeyd edilir ki, Abramoviçin təyyarədə olub-olmadığı məlum deyil.

Dünən Rusiyanın paytaxtı Moskvadan havaya qalxan Abramoviçin təyyarəsi axşam saatlarında Təl-Əvivə eniş edib. Abramoviçin sonuncu dəfə dünən Tel-Əvivin Ben Qurion hava limanına enib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49