Rusiyada müəssisədə partlayış olub, 2 nəfər ölüb, 7-si yaralanıb

Rusiyanın Penza şəhərində bitiumun saxlanıldığı müəssisədə partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsindən bildirilib.

Məlumata görə, partlayış baş verən zaman orada 25 nəfər və 6 texnika varmış.

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

Xəbər lenti