Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb

Kamçatkanın (Rusiya) şərq sahillərində Sakit okean akvatoriyasında 5,8 maqnitudalı zəlzələ baş verib.

"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə REA Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildiriblər.

Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 232 kilometr şərqdə yerləşib, ocaq 40,5 kilometr dərinlikdə olub.

Rusiyanın FHN-nin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, ötən həftə regionda 31 zəlzələ baş verib, onlardan dördü müxtəlif yaşayış məntəqələrində hiss olunub.

Digər xəbərlər