Rusiya və Türkiyənin xarici işlər nazirinin müavinləri Moskvada məsləhətləşmələr keçirəcək

Bakı. 8 fevral. REPORT.AZ/ Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində fevralın 14-də Moskvada məsləhətləşmələr keçirəcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a Türkiyənin Rusiyadakı səfirliyinin mətbuat katibi Orxan Qazigil məlumat verib.

"Nazir müavini və Türkiyənin Rusiyadakı keçmiş səfiri Ümit Yardım fevralın 14-də Moskvada gedəcək", - səfirliyin nümayəndəsi bildirib.

Məlumata görə, Rusiya tərəfini xarici işlər nazirinin müavini Aleksey Meşkov təmsil edəcək. Gündəmdə dayanan geniş spektrli məsələlər barədə ətraflı məsləhətləşmələr aparılacağı gözlənilir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49