Rusiya qüvvələri Donetsk vilayətinin kəndini atəşə tutub, yaralılar var

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Jelanne Perşe kəndini atəşə tutması nəticəsində körpə və yeniyetmə daxil olmaqla 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə regionun prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla 19:30-da baş verib. Rusiya ordusunun reaktiv artilleriyadan atəş açdığı güman edilir.

Müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə cinayət işi üzrə prokurorluq tərəfindən ibtidai araşdırma aparılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24