Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiya və Ermənistan arasında iki ölkə qoşunlarının birləşmiş qruplarının yaradılması haqda razılaşma imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vigen Sarkisyan imzalayıb.

İnformasiyaya görə, nazirlər 2017-ci ildə hərbi sahədə əməkdaşlığa dair planı da təsdiqləyiblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 14-də Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında sazişi təsdiqləyib. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40