Rusiya və Azərbaycan fövqəladə hallar nazirləri Aleksandr Kurenkov və Kəmaləddin Heydərov fövqəladə hallar qurumları xətti ilə ikitərəfli tərəfdaşlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) inkişafına töhfəsi qeyd edilib. Təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyası Bakıda keçirildiyi vurğulanıb.
"Bu istiqamətdə birgə iş fövqəladə xidmətlərin xətti ilə beynəlxalq qarşılıqlı fəaliyyətdə xilasetmə və qarşılıqlı yardım kimi işlərin prioritet olduğunu sübut edir", - Rusiya FHN-in mətbuat xidmətindən əlavə ediblər.
12:16
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla ikitərəfli görüş keçirib. Aleksandr Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib", - məlumatda qeyd edilib.