Bakı. 6 mart. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının keçmiş müavini (hazırda Rusiya Qvardiyası adlanır) Vyaçeslab Varçuk rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, onun barəsində həbs qətiimkan tədbiri seçilib.
Rusiya Qvardiyası direktorunun müşaviri Aleksandr Xinşteyn keçmiş komandan müavininin həbsi faktını təsadqiləsə də ətraflı məlumat verməyib.