Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rahmon Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında Müqavilə imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Sənəd ikitərəfli görüşün nəticələrinə əsasən imzalanıb. Beləliklə, prezidentlər Qırğızıstan-Tacikistan sərhədində "Kızıl-Bel" və "Kayraqaç" sərhəd-buraxılış məntəqələrinin işinin bərpasına start veriblər.
"Biz iki sərhəd-buraxılış məntəqəsinin açılış mərasimini onlayn rejimdə keçirdik. Qarşıdakı dövrdə iki ölkənin bu sahədəki iqtisadi potensialından səmərəli istifadə etməklə ticari-iqtisadi əməkdaşlığın keyfiyyətli inkişafı üçün zəruri tədbirlər görüləcək", - S.Japarov bildirib.
Bundan əlavə, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında su-enerji infrastrukturu və yol-nəqliyyat infrastrukturu və s. məsələlər üzrə bir sıra sazişlər imzalanıb.